Rəşad Ağayevə yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Ağayevə yüksək vəzifə verildi

Sosial

08 İyul 2026 12:43 171


"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində daha bir yeni təyinat olub.

“Yeni Sabah” Oxu.Az-a istinadla bildirir ki, bu barədə ADY sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Sədrin əmri ilə Rəşad Ağayev qurumun Hərəkət vasitələrinin təmiri departamentinin baş iqtisadçısı vəzifəsindən azad edilərək İnnovativ həllər şöbəsinin müdir müavini təyin olunub. Pepperoni pizza

R.Ağayev 2017-ci ildən ADY-də müxtəlif vəzifələrdə çalışır.

Xatırladaq ki, bir neçə gün öncə ADY-də daha bir təyinat olub. QSC sədri Rövşən Rüstəmovun əmri ilə Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!