Rəşid Mahmudov Səhiyyə naziri olacaq?   – “Məni o postda görmək istəyənlər…”

saytların hazırlanması

Evə çatdırılma

Rəşid Mahmudov Səhiyyə naziri olacaq? – “Məni o postda görmək istəyənlər…”

Sosial

28 Aprel 2021 10:25 1162


“Vəzifə heç kimə atasından qalmayıb. Kimsə 5 ildən artıq işləyirsə, nahaq işləyir”.

Bu sözləri Yenisabah.az-a Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov deyib.

O, eks Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifədən kənarlaşdırılması qərarının gözlənilən olduğunu bildirib: Dördpendirli pizza

“Vəzifə heç kimə atasından qalmayıb. Kimsə 5 ildən artıq işləyirsə, nahaq işləyir. Ona görə də Səhiyyə nazirinin vəzifədən getməyi normaldır. Məni o postda görmək istəyənlər varsa, istəməsinlər. Mən heç vaxt vəzifə istəməmişəm, istəmirəm”.

R.Mahmudov bundan sonra Səhiyyə Nazirliyində müsbət dəyişikliklər olacağına inandığını qeyd edib:

“Yeni Səhiyyə nazirinin kim olacağını bilmirəm, amma səhiyyə sistemində çox şey dəyişilməlidir. Allah qoysa, hər şey bundan sonra yaxşılaşacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!