Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi
02 Okt 2020 01:20
620

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla telefonla danışıb.

Yenisabah.az bildirir ki, qurumun rəsmi saytının məlumatına görə, assosiasiya rəhbəri Avropa Liqasının pley-off mərhələsində Varşavada Polşa təmsilçisi “Legiya” ilə keçirilən oyundan sonra Azərbaycan çempionunu qələbə münasibətilə təbrik edib.

R. Abdullayev telefon danışığı zamanı möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə Ağdam təmsilçisinin bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib. O, həmçinin “Qarabağ”a qrup mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, 3:0 hesablı qələbə qazanan “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri oktyabrın 2-də atılacaq püşkatmada müəyyənləşəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər