Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.
Yenisabah.az xəbər verir ki, "Yada düşürsən" adlı mahnıda Xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.
Şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F.Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib. Dominos pizza
Qeyd edək ki, Pərviz Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Telegram kanalımız