“Çudo Peçka” şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb.
“Yeni Sabah” xəbər verir ki, Anar Cəlilov bu barədə Elgiz Əkbərin “YouTube” proqramında qonaq olarkən danışıb. O, atasını mütəmadi ziyarət etdiyini və son görüşdə yaşananları bölüşüb:
“Atamın yanına tez-tez gedib-gəlirdik. Biz həmişə görüşmüşük. Son 1 ay yarımda görüşə bilməmişdik. İndi gəlib məni gördü, şok oldu. Arıqlamağıma görə təəccübləndi”. Sezar pizza
Qeyd edək ki, Çingiz Cəlilov 9 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. O, “Bank Standard”ın keçmiş İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat məbləğində krediti qanunsuz çıxarmaqda təqsirli bilinib.
Aydan Hacı
Telegram kanalımız