Roza Zərgərli Türkiyə gözəlini klipinə çəkdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Roza Zərgərli Türkiyə gözəlini klipinə çəkdi - Video

Şou

08 Sentyabr 2021 11:50 1566


Müğənni Roza Zərgərli "Ömür yoldaşım" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

Yenisabah.az xəbər verir ki, bəstənin müəllifi Ruslan Səfəroğlu, klipin rejissoru isə Nail Naiboğludur.

İki gəncin sevgisindən bəhs edilən ekran işində Roza Zərgərlinin aktyor oğlu Corc Qafarov və "Best model Türkiyə 2020" yarışmasının birincisi seçilən Melisa Irmak rol alıblar. pizza sifarişi

Müğənni bildirib ki, klipin ideya müəllifi özüdür:

"İdeya müəllifi özüməm. Mahnını 3 il əvvəl yazdırmışam. Düşündüm ki, artıq təqdim etməyin vaxtıdır. Corcu bir çox tanınmış sənətçilər klipinə çəkmək istəyib. Sonra Bənövşənin "Sarı gəlin" klipində oynadı. Mən də Corca təklif etdim və razılaşdı. Melisa isə qonorar almadı, xalam nəvəsidir. Türkiyədə müqaviləsi var idi, amma icazə aldı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!