Ruhanilər və ağsaqqallarla görüş keçirildi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ruhanilər və ağsaqqallarla görüş keçirildi - Fotolar

Sosial

07 May 2021 13:45 647


Bu gün Abşeron Rayon İcra Hakimiyyətində rayonun bir neçə ruhanisi və ağsaqqalı ilə görüş keçirilib. 

Yenisabah.az-ın məlumatına görə, görüşdə Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı qələbədən danışan rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova deyib ki, igidlərimiz öz gücünü və hünərini döyüş meydanında göstərərək düşmənə ağır və sarsıldıcı zərbələr vurub. Azərbaycanın öz torpaqlarını döyüşərək, düşməni təslim olmağa məcbur edərək azad etdiyini önə çəkən İ.Gülməmmədova deyib ki, II Qarabağ müharibəsindən sonra həm ermənilər və onları dəstəkləyən müəyyən dairələr, həm də bütün dünya ölkəmizin gücünü görüb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və iradəsi ilə Azərbaycanın qələbə əldə etdiyini vurğulayan başçı vurğulayıb ki, şəhidlərin, qazilərin və ümumilikdə bütün hərbçilərimizin sayəsində torpaqlarımız işğaldan azad olunub.

Respublikamızda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini diqqətə çatdıran İ.Gülməmmədova bu istiqamətdə “Yaşat” Fondunun gördüyü işlərdən söhbət açıb. Toyuqlu pizza

Sonra rayon ərazisində görülən işlərdən, həyata keçirilən abadlıq-quruculuq tədbirləri haqqında geniş məlumat verən İ.Gülməmmədova qarşıda duran vəzifələr və həyata keçiriləcək layihələr barəsində ağsaqqalları məlumatlandırıb. 

Tədbirin sonunda rahanilər və ağsaqqallar “Rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə” Fəxri Fərmanlarla təltif olunublar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!