Rusiya Ermənistan və Azərbaycan vətəndaşları üçün bu qaydaları sadələşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistan və Azərbaycan vətəndaşları üçün bu qaydaları sadələşdirdi

Dünya

30 Oktyabr 2023 21:41 1347


Rusiya hökuməti bir sıra ölkələrin vətəndaşları və şirkətləri üçün bu ölkədə biznes fəaliyyəti qura bilməyin prosedurunu sadələşdirir. Hökumətin siyahısına 25 ölkənin adı salınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin müavinləri ilə məsləhətləşmələr zamanı bildirib.

Mişustin vurğulayıb ki, bu qərar dost ölkələrin vətəndaşları və şirkətlərinin Rusiyada biznes fəaliyyətini asanlaşdıracaq. Pepperoni pizza

"Xarici müəssisələr və sahibkarlar üçün daha rahat şəraitin yaradılması prezidentimizin qarşıya qoyduğu milli məqsədlərin həyata keçirilməsi çərçivəsində hökumətin maliyyə suverenliyinə nail olmaq üçün sistemli səylərinin mühüm tərkib hissəsidir", - Mişustin qeyd edib.

Sözügedən ölkələr siyahısına Azərbaycan, Ermənistan, Əlcəzair, Bəhreyn, Belarus, Braziliya, Misir, Hindistan, İndoneziya, Qazaxıstan, Qətər, Qırğızıstan, Çin, Küveyt, Malayziya, Monqolustan, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Tailand, Türkmənistan, Türkiyə və Özbəkistan daxil edilib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!