Rusiya İranla birgə PUA istehsal etməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Rusiya İranla birgə PUA istehsal etməyəcək

Dünya

21 Noyabr 2022 15:37 736


Rusiya İranla birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanacağı xəbərini inkar edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

O, xarici KİV-də yer alan məlumatı təkzib edib. pizza sifarişi

Bundan əlavə, Peskov Rusiya prezidentinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığının gözlənilmədiyini söyləyib.

Qeyd edək ki, “The Washington Post” qəzeti Rusiya və İranın birgə PUA istehsal edəcəyini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!