Kreml Rusiyanın OPEC+-dən çıxmaq planının olmadığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir niyyətin olub-olmadığına dair suala qısaca "Xeyr" deyə cavablandırıb.
Peskov BƏƏ-nin OPEC+-dən çıxmasının qrupun işinin bitməsi demək olmadığını təsdiqləməsi istənilib.
"Əlbəttə ki, buna ümid etmək istərdik. Bu, çox vacib bir iş sahəsidir, xüsusən də enerji bazarlarının, yumşaq desək, qarışıqlıq içində olduğu hazırkı şəraitdə çox vacibdir", - deyə Kremlin sözçüsü bildirib.
O, vurğulayıb ki, bu format enerji bazarlarındakı dalğalanmaların əhəmiyyətli dərəcədə azaldılmasına və onların sabitləşməsinə imkan verir.
Xatırladaq ki, mayın 1-dən BƏƏ OPEC-i tərk edir.
Telegram kanalımız