Rusiya Dövlət Duması 3-cü oxunuşda qanun qəbul edib və bu qanuna görə, əsgərlər, matroslar, çavuşlar, komandirlər, gizirlər və miçmanlar üçün ehtiyatda olmanın yaş həddi 5 il artırılacaq.
Yenisabah.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, birinci kateqoriya hərbi qulluqçular üçün yaş həddi 35-dən 40-a, ikinci kateqoriya üçün 45-dən 50-yə, üçüncü kateqoriyalar üçün isə 50-dən 55-ə qaldırılacaq.
Qanunda həmçinin səfərbərlik ehtiyatında olmanın yaş həddi - ali zabit hərbi rütbəsi olan vətəndaşlar üçün 65 yaşa qədər, hərbi rütbəsi olan kiçik zabitlər üçün 60 yaşa qədər, digər rütbələrdə olanlar üçün isə 55 yaşa qədər artırılıb. Pepperoni pizza
Qanunda deyilir ki, ordudan istefa 2027-ci ilin sonuna qədər mərhələli şəkildə həyata keçiriləcək.
Telegram kanalımız