Rusiyanın Ukraynaya atdığı qanadlı raket Polşa ərazisinə düşüb.
Yenisabah.az xəbər verir ki, bu haqda "Caucasian Live" Teleqram kanalı məlumat yayıb.
Polşanın Baş naziri Mateuş Moravetski Təhlükəsizlik və Müdafiə üzrə Hökumət Komitəsinin təcili iclasını çağırıb. Dördpendirli pizza
Polşa mediasının məlumatına görə, Przevodovda (Ukrayna ilə sərhəddən 10 kilometr aralıda) taxıl qurutma zavodunda partlayış baş verib. Yanğınsöndürmə idarəsi iki nəfərin öldüyünü bildirib.
Əraziyə giriş məhdudlaşdırılıb. Hadisənin dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün yanğınsöndürənlər və polis hadisə yerindədir. Yerli sakinlər iki partlayış səsi eşitdiklərini bildirirlər./Axar.az
Telegram kanalımız