Rusiya Ukraynada "xüsusi əməliyyat"da istifadə etmək üçün onlarla PUA-ın qarşılığında İrana 140 milyon avro nağd pul keçirib.
Yenisabah.az "Sky News"a istinadla xəbər verir ki, Rusiya ələ keçirilmiş Britaniya və ABŞ silahlarını Tehran təhvil verəcək.
Mənbələrin sözlərinə görə, Rusiya hərbi təyyarəsi İranı "NLAW" və "Javelin" tank əleyhinə raketləri, həmçinin “Stinger” zenit raketləri ilə təchiz edəcək. pizza mizza
İlk reys avqustun 20-də uçuş həyata keçirilib və təyyarə bort Tehran hava limanına enib.
İran da, öz növbəsində, Rusiyaya 160-dan PUA, o cümlədən Ukrayna ərazisi üzərində artıq vurulmuş 100 "Şahed-136" dron tədarük edib. Bundan əlavə, son bir neçə gündə Tehran və Moskva arasında 200 milyon avro dəyərində yeni pilotsuz təyyarələr partiyası üçün daha bir müqavilə razılaşdırılıb.
Mənbə sursatların İran İslam İnqilabı Keşikçiləri Korpusuna ("Sepah") verilə biləcəyini irəli sürüb. Onlar Qərb texnologiyalarını öyrənəcək və gələcəkdə silahlı münaqişələrdə potensial istifadə üçün öz analoqlarını hazırlayacaqlar.
Telegram kanalımız