Rusiya “taxıl dəhlizi“ni bərpa etdi - Bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Rusiya “taxıl dəhlizi“ni bərpa etdi - Bəyanat

Dünya

02 Noyabr 2022 14:38 973


Rusiya Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişin icrasını bərpa edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, BMT və Türkiyənin iştirakı sayəsində Ukraynadan “taxıl dəhlizi”nin Kiyev tərəfindən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə olunmayacağına dair yazılı təminatlar alınıb: Marqarita pizza

"Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayət qədərdir və sazişin - Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsünün ("Qara dəniz təşəbbüsü") icrasını bərpa edir".

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva “taxıl müqaviləsi”nin taleyi ilə bağlı Ankara ilə təmasları davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!