Rusiya Türkiyə və İranla qaz qovşaqları yaradır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Türkiyə və İranla qaz qovşaqları yaradır

Dünya

13 Oktyabr 2023 12:48 319


Rusiya Türkiyə və İranda qaz habları (qovşaqları) yaratmağı düşünür.

Yenisabah.az RT Arabic-ə istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, “Qazprom” şirkəti İranda qaz qovşağının mümkün yaradılması məsələsini araşdıracaq. Əgər layihə yaxşı olarsa, o zaman Rusiya orada iştirak edəcək. Sezar pizza

Bundan əvvəl bildirilib ki, İran Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə Fars körfəzinin şimal sahilində Buşehr əyalətində yerləşən Assaluye sənaye rayonunda qaz qovşağı yaratmağı planlaşdırır.

Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayaraq Türkiyəyə də göndərib. Hazırda o, nəzərdən keçirilir. 

A. Novak qeyd edib ki, layihə ilk növbədə Türkiyədə elektron qaz ticarəti platformasının yaradılmasını nəzərdə tutur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!