Rusiya Ukraynanın bu iki şəhərini bombaladı 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın bu iki şəhərini bombaladı 

Dünya

26 Sentyabr 2023 10:17 1132


Rusiya Federasiyası Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib. 

Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmçinin Odessa vilayətinə hava hücumu edilib. 

Krivoy Roqda müəssisələrə ziyan dəyib, itkilər barədə məlumat yoxdur. Şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, söhbət ballistik raketlərlə hücumdan gedir.  pizza sifarişi

Odessanın İzmail bölgəsində - Rumıniya ilə sərhəddə liman infrastrukturu vurulub. Sərhəd keçid məntəqəsinin binasına, anbarlara və 30 yük maşınına ziyan dəyib, 2 sürücü yaralanıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!