Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı

Dünya

10 Sentyabr 2026 21:59 126


Rusiyada qanunsuz olaraq qalan iki Türkmənistan və bir Azərbaycan vətəndaşı Saratovdan çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin Saratov vilayəti üzrə Baş İdarəsindən bildirilib.

Belə ki, 22 yaşlı Azərbaycan vətəndaşı ötən ilin mart ayında işləmək məqsədilə Rusiyaya gedib. O, ölkədə olduğu müddətdə Saratovun Qaqarin rayonundakı bağçılıq təsərrüfatı ərazilərindən birində qeydiyyata alınıb. Lakin patentinin qüvvədə olma müddəti bitdikdən sonra həmin şəxs Rusiyanı tərk etməyib. Sezar pizza

"Məhkəmənin qərarı ilə hər üç şəxs xarici vətəndaşların müvəqqəti saxlanılma mərkəzinə yerləşdirilib. Onlar oradan xüsusi təyinatlı şöbənin məhkəmə icraçılarının müşayiəti ilə "Domodedovo" hava limanındakı dövlət sərhədinin buraxılış məntəqəsinə aparılıblar", - deyə məlumatda vurğulanır.

Yaxın beş il ərzində onların Rusiyaya girişi qadağan olunacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!