Xaricdə oxuyanlara yüksək vəzifə qadağası –   Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə oxuyanlara yüksək vəzifə qadağası – Yeni qərar

Dünya

11 Noyabr 2026 08:40 185


Çində dövlət qurumlarında yüksək vəzifələrə təyinat zamanı ölkə daxilində təhsil almış məzunlara üstünlük veriləcək.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, əvvəllər xaricdə təhsil alaraq ölkəyə qayıdan məzunlar Çində yüksək qiymətləndirilir və istedadlı kadrlar kimi xarakterizə olunurdular. Lakin hazırda yanaşma dəyişib. Artıq dövlət qurumlarında yüksək vəzifələrə yalnız Çində təhsil almış məzunların təyin olunacağı bildirilir. Bakıda online alış-veriş

Ədalət Muradov Çinin bu yanaşmasının nə dərəcədə doğru olduğunu zamanın göstərəcəyini qeyd edib.

Rektor paylaşımını xoş arzularla yekunlaşdırıb: “Uğurlar! Hər şey daha da yaxşı olacaq!”

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!