Paşinyanın maaş artımı təxirə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın maaş artımı təxirə düşdü

Dünya

12 Noyabr 2026 18:11 42


Ermənistanın baş nazirinin və digər dövlət rəsmilərinin əməkhaqlarının kəskin şəkildə artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi iki ay müddətinə təxirə salınıb.

"Yeni Sabah" xəbər verir ki, sənədin parlamentin Dövlət və hüquq məsələləri üzrə daimi komissiyasında müzakirəyə çıxarılması planlaşdırılsa da, əsas məruzəçi olan baş nazirin müavini Tiqran Xaçatryan iclasda iştirak etməyib.

Komissiyanın sədri Arusyak Culakyan Xaçatryanın iclasa qatılmama səbəblərini açıqlamayıb. Elektronika məhsulları

Xatırladaq ki, hökumətin sentyabrda təsdiqlədiyi layihəyə əsasən, Ermənistanın baş nazirinin məvacibi təxminən 80% artırılmalıdır. Hazırda Ermənistanın baş naziri 1 milyon 498 min dram maaş alır (dövlət qulluqçularının əsas maaş dərəcəsi 18 əmsalına vurulur). Qanun layihəsinə görə, bu əmsal 18-dən 32-yə qaldırılacaq, əməkhaqqı isə 2 milyon 662 min drama və ya təqribən 7 300 dollara (vergilər çıxılmaqla - 5 470 dollar) çatdırılacaq. Nazirlərin maaşlarının da iki dəfə artırılaraq 1 milyon 997 min drama (5 470 dollar, vergilər və ödənişlər çıxıldıqdan sonra - 4 103 dollar) yüksəldilməsi nəzərdə tutulur.

Həmçinin digər dövlət qulluqçularının məvaciblərində əhəmiyyətli artımlar təklif olunur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!