“Məclis.info” işində hökm çıxdı - Elgiz Qəhrəman həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

“Məclis.info” işində hökm çıxdı - Elgiz Qəhrəman həbs edildi

Kriminal

12 Noyabr 2026 19:12 58


“Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla birgə ittiham olunan ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın məhkəmə istintaqı başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Hökmə əsasən İmran Əliyev 10, Elgiz Qəhrəman 9 il azadlıqdan məhrum edilib. Bu günə qədər azadlıqda olan Elgiz Qəhrəman məhkəmə zalında həbs edilib. Bakıda online alış-veriş

Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!