Prezident İlham Əliyev Dublində Bolqarıstanın baş naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Dublində Bolqarıstanın baş naziri ilə görüşdü

Siyasət

12 Noyabr 2026 19:44 56


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Baş nazir Rumen Radevə bir daha başsağlığı verdi.

Bolqarıstanın baş naziri başsağlığına və ifadə olunmuş həmrəyliyə görə minnətdarlığını bildirdi. Sərfəli qiymətə məhsullar

Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi.

Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilərək, bu istiqamətdə tərəfdaşlığı möhkəmləndirmək üçün yaxşı perspektivlərin olduğu vurğulandı, ölkələrimiz arasında elektrik enerjisi dəhlizi layihəsinin yaradılması, həmçinin bağlantılarla bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti və Bolqarıstanın baş naziri müxtəlif sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə etdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!