Bakıda avtobuslarda   YENİLİK: Gedişhaqqı 13 noyabrdan...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobuslarda YENİLİK: Gedişhaqqı 13 noyabrdan...

Sosial

12 Noyabr 2026 19:22 75


Bakının Pirşağı qəsəbəsi və bağlarını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Noyabrın 13-dən etibarən həmin marşrut xətləri üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası əsasında işləyən avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayacaq. Online shopping Azərbaycan

Hər bir marşrut xətti üzrə 6 ədəd avtobus fəaliyyət göstərəcək.

Avtobusların daxilində ödəniş yalnız nağdsız formada həyata keçirilir. Gedişhaqqı 0,65 manat olaraq təyin edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!