Ukrayna Silahlı Qüvvələri öz sərhədindən təxminən 2 500 kilometr uzaqlıqda yerləşən Rusiyanın Omsk neft emalı zavoduna (NEZ) pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
“Yeni Sabah” xəbər verir ki, "Qazprom Neft" şirkətinə məxsus olan və illik emal gücü 22 milyon ton təşkil edən bu müəssisə Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur. Hücumdan sonra zavodun ərazisində iki saatdan çox davam edən partlayışlar qeydə alınıb və müəssisədə irimiqyaslı yanğın başlayıb.
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko da bölgənin Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını rəsmən təsdiqləyib. Uzun mənzilli dronlarla həyata keçirilən bu əməliyyat Rusiya ordusunun yanacaq təminatına və enerji infrastrukturuna endirilən növbəti ciddi zərbə kimi qiymətləndirilir. Elektronika məhsulları
Nazim Hacıyev
Telegram kanalımız