Rusiyada benzin BAHALAŞDI

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada benzin BAHALAŞDI

Dünya

06 İyul 2023 17:55 1127


Rusiyanın Avropa hissəsində Aİ-92 markalı benzinin birja qiyməti cümə axşamı günü hərracda 0,6% artaraq bir ton üçün 58,82 min rubl təşkil edib. Bununla da 22 iyun 2023-cü il tarixinə olan rekord göstərici yenilənib. 

Yenisabah.az xəbər verir ki, ölkənin Avropa hissəsində “Premium-95” markalı benzinin dəyəri 0,6% artaraq 65,62 min rubl təşkil edib. 

Məlumata görə, yay dizelinin dəyəri 0,12% artaraq bir ton üçün 51,74 min rubl olub. Mayeləşdirilmiş karbohidrogen qazları 1,2% ucuzlaşaraq bir ton üçün 22,31 min rubl təşkil edib.  pizza mizza

Bundan əlavə, mazutun dəyəri 3,49% artaraq bir ton üçün 17,99 min rubla yüksəlib. Reaktiv mühərriklər üçün yanacağın qiyməti (reaktiv yanacaq) 0,15% artaraq bir ton üçün 65,19 min rubl təşkil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!