Çağırış üzrə orduda xidmət müddətinin uzadılması Rusiya Federasiyası Müdafiə Nazirliyinin müraciətindən asılıdır. Lakin hazırda Kreml bu məsələni müzakirə etmir.
Yenisabah.az “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Burada, axır ki, həlledici səs Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsusdur. Hər şey dəqiq olaraq Müdafiə Nazirliyinin mövqeyindən, Müdafiə Nazirliyinin müraciətlərindən, onların tövsiyələrindən asılıdır”, - deyə o, orduda çağırış müddətinin uzadılmasına münasibət bildirərkən deyib. pizza sifarişi
Peskov bildirib ki, Kreml parlamentdə bununla bağlı bəyanatların təqdim olunduğunu görür.
"Lakin burada bu məsələ ilə bağlı heç bir mövqe yoxdur, yəni Rusiya Federasiyası Prezidentinin Administrasiyasında bu mövzuda heç bir danışıqlar aparılmır", - dövlət başçısının mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, son zamanlar bir neçə deputat orduya çağırış müddətinin uzadılaraq 2 ilə çatdırılmasının tərəfdarı olduğunu bildirib.
Telegram kanalımız