Rusiyada ŞOK: Hərbi komissar uduzduğu deputatı səfərbərliyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada ŞOK: Hərbi komissar uduzduğu deputatı səfərbərliyə çağırdı

Dünya

08 Noyabr 2022 21:07 2465


Ukraynaya qarşı aparılan təcavüzkar müharibənin getdiyi bu günlərdə Rusiyada daha çox filmlərdə rast gəlinən hadisə baş verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ilin oktyabrın 20-də Sverdlovsk vilayətinin Novouralsk Şəhər Dumasına hakim “Vahid Rusiya” partiyasından deputat seçilən Dmitri Zaxarova çağırış vərəqəsi gəlib. Ertəsi gün o, heç bir izah verilmədən, dərhal təlim-məşq toplanışına göndərilib.

Dmitri Zaxarovun həyat yoldaşı “E1” kanalına verdiyi müsahibədə hər kəsin şokda olduğunu deyib. Onun sözlərinə görə, Zaxarovu yerli administrasiya ilə mübahisəyə görə aradan götürüblər. Pepperoni pizza

Qeyd edək ki, 46 yaşlı Dmitri Zaxarov yerli parlamentə bu ilin sentyabrında yeni müddətə seçilmişdi. Məlum olub ki, həmin seçkilərdə onun rəqibi Novouralsk hərbi komissarı Aleksey Verxoturov imiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!