Rusiyadan Bakıya yeni aviareys açılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Bakıya yeni aviareys açılır

Sosial

31 May 2021 13:46 1015


“Ural Hava Yolları” Permdən Bakıya uçuşlara başlayır.

Bu istiqamətdə uçuşlar 3 iyunda başlayacaq. Uçuş proqramı bu ilin 28 oktyabr tarixinədək hesablanıb.

Müvafiq məlumatlar Perm hava limanının “Bolşoye Savino” cədvəlində qeyd edilir. Dominos pizza

Permdən Bakıya uçuşların həftədə bir dəfə - cümə axşamı günləri həyata keçirilməsi planlaşdırılır. Uçuş müddəti təxminən 3 saat 5 dəqiqə olacaq.

Uçuşlar “Airbus” təyyarələri ilə həyata keçiriləcək. Minimum bilet qiyməti bir istiqamətə 17 752 rubl (təxminən 411 AZN) təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!