"Böyük regiondakı vəziyyət Cənubi Qafqazdakı vəziyyətə pis təsir edir, onu daha da gərginləşdirir, daha da narahatedici edir".
Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in yanında Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ - MQİMO) Xalq Tədqiqatları İnstitutunun aparıcı elmi işçisi, politoloq Nikolay Silayev bildirib.
O deyib: “Bundan necə yayınılması aydın deyil, çünki regionda İran-Türkiyə rəqabəti yüzillərdir davam edir. İranın öz maraqları var, onlara bir çox səbəblərə görə gözəvurmamlıq etmək olmaz. Amerikanın tərəfdaşlarla bağlı yanaşmasına gəlincə, söhbət ondan gedir ki, Türkiyə NATO-nun üzvüdür, Azərbaycan tərəfdaş sayılır, amma Ermənistan da tərəfdaş hesab olunur”. pizza hut
Silayevin sözlərinə görə, bu, Birləşmiş Ştatların özünün yaratdığı ziddiyyətlərin idarə edilməsini getdikcə çətinləşdirir.
“Nə Türkiyə, nə də İran üçün Cənubi Qafqaz, məsələn, Türkiyə üçün Şərqi Aralıq dənizi, İran üçün Fars körfəzi qədər vacib deyil. Cənubi Qafqazın belə iri regional oyunçular üçün periferiyada olması bizə ümid etməyə imkan verir ki, bu cür hərbi təhdidddən istifadə edilməyəcək”, - deyə Silayev vurğulayıb.
Politoloq hesab edir ki, Rusiya ilə İran arasında əməkdaşlıq davam edəcək, bütün şərtlər buna sövq edir, lakin Rusiya bütün bu 30 illik postsovet dövründə Cənubi Qafqazda bloklama siyasətindən yayınmaq zərurətindən çıxış edib. “Mənə elə gəlir ki, Rusiya bloklama məntiqindən yayınmağa davam edəcək”, - deyə o Silayev fikrini yekunlaşdırıb.
Telegram kanalımız