“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin məzmunu barədə danışmaq hələ tezdir”.
Yenisabah.az xəbər verirk i, bunu Rusiyanın “Kommersant” nəşrinin şərhçisi Maksim Yusin deyib.
Ekspertin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin də bunu oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşün yekun bəyanatı zamanı bildirib. Pepperoni pizza
M. Yusinin fikrincə, hazırda Cənubi Qafqazda Rusiya ilə Qərb arasında kəskin mübarizənin getdiyinə daha çox diqqət yetirilməlidir: "Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərinin ATƏT-in Minsk Qrupu çərçivəsində böyük dövlətlər tərəfindən birgə həyata keçirməsi artıq keçmiş sayılmalıdır. Bu gün bir tərəfdən, ABŞ və Fransanın, digər tərəfdən isə Rusiyanın hər hansı birgə təşəbbüslə çıxış edə biləcəyini təsəvvür etmək belə mümkün deyil, hətta bu, Cənubi Qafqazda sülhün əldə olunması üçün ən əlverişli olsa belə. Ona görə də indi sülhməramlıların uğurları üçün şiddətli mübarizənin getməsi təsadüfi deyil.
Ekspertin sözlərinə görə, Rusiyanın sülh planı Qərbin təqdim etdiyi sülh planına alternativ hesab olunur: "Paşinyanla Əliyev arasında əvvəlki görüş Qərbin himayəsi altında Brüsseldə baş tutub. Soçi görüşü Paşinyan-Əliyevin himayəsi ilə keçirilən görüşə cavab sayıla bilər. Rusiyanın Ukrayna müharibəsində iştirakı Azərbaycana cəsarət verir, eyni zamanda, Moskvada Paşinyana müəyyən etimadsızlıq var və Əliyev Ermənistan liderindən daha çox “özününkü” hesab olunur. Bundan başqa, Türkiyə-Azərbaycan müttəfiqliyi də təsirli faktordur".
M, Yusin qeyd edib ki, bu, Rusiyanın maraqlarına xələl gətirəcək:
“Böyük ehtimalla hansısa kompromislər tapılacaq. Moskvanın tarixən məsuliyyəti altında olan Cənubi Qafqazdakı məsələləri onun iştirakı olmadan həll etmə qəbuledilməz olacaq. Amma indi Moskvanın rəyinə demək olar ki, qulaq kəsdirmirlər”.
Telegram kanalımız