Rusiyalı telejurnalist axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı telejurnalist axtarışa verildi

Dünya

24 Noyabr 2022 13:21 670


Rusiyada tanınmış jurnalist və teleaparıcı Andrey Karaulov cinayət işində təqsirləndirilən şəxs kimi axtarışa verilib.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Karaulova dair məlumatlar olan müvafiq kart Rusiya Daxili İşlər Nazirliyinin axtarış-məlumat bazasında dərc edilib.

Jurnalist noyabrın 3-də səhər saatlarında “böhtan” maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi) ilə başlanmış cinayət işi ilə bağlı onun evində axtarış aparıldığını bildirmişdi. Lakin axtarışdan sonra Karaulov cinayət işi üzrə şahid olduğunu açıqlayıb. pizza mizza

A. Karaulovun sözlərinə görə, axtarış zamanı o, Dubayda olub və müalicə üçün oraya gəlib.

Karaulov sovet və rus jurnalisti, teleaparıcı, bloqqerdir. "Həqiqət anı" (1992-2016) və "Rus dövrü" (1998-2006) məşhur jurnalist proqramlarının müəllifi və aparıcısı. "TEFI" televiziya mükafatı laureatı (1995).

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!