Rusiyaya ən yaxın olan dost ölkələrin adları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya ən yaxın olan dost ölkələrin adları açıqlandı

Dünya

13 İyun 2023 00:51 1315


Rusiyaya ən yaxın olan dost ölkələr Bolqarıstan, İtaliya, Avstriya və Macarıstandır.

Bu barədə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) saytında məlumat verilib.

Məlumat 2023-cü ilin aprelində Avropa İttifaqının 11 ölkəsində böyüklər arasında aparılan sorğuya əsaslanıb. Təqdim olunan məlumatlara görə, orta hesabla Rusiyanı Avropanın “rəqibi” və ya “düşməni” hesab edən respondentlərin nisbəti təxminən üçdə birdən üçdə ikiyə qədər artıb. pizza sifarişi

Eyni zamanda Bolqarıstan, İtaliya, Avstriya və Macarıstan Rusiyaya qarşı dostluq baxımından lider olublar. Belə ki, vətəndaşların müvafiq olaraq 65, 24, 34 və 39 faizi Rusiyanı müttəfiq dövlət və lazımi tərəfdaş adlandırıb.

Rusiyanın tərəfdaş kimi qəbul edilməsində Danimarka, Polşa və İsveç sakinləri müvafiq olaraq 7, 8 və 10 faizlə ən aşağı göstəriciyə imza atıblar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!