Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” -  ABŞ-dən yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” - ABŞ-dən yeni qərar

Dünya

17 Sentyabr 2026 07:40 74


ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

“Yeni Sabah” xəbər verir ki, Nümayəndələr Palatasında səsverməyə çıxarılan sənəd 262 deputatın dəstəyi ilə qəbul olunub. 159 deputat isə layihənin əleyhinə səs verib. Sənəd Rusiyanın yüksək vəzifəli şəxslərinə, oliqarxlarına, banklarına və digər maliyyə qurumlarına qarşı yeni məhdudiyyətlər tətbiq edilməsini nəzərdə tutur. Sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması” da layihənin əhatə dairəsinə daxil edilib.

Qanun layihəsində Rusiyadan neft və qaz alan ölkələrə qarşı 100 faizə qədər gömrük tarifinin tətbiqinə imkan verilməsi də təklif olunur. Bundan başqa, sənəddə İrana qarşı tətbiq edilən bəzi sanksiyaların müddətinin uzadılması da nəzərdə tutulur. Marqarita pizza

Layihənin qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması tələb olunur.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!