Təyyarə havaya qalxmazdan əvvəl alovlandı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - VİDEO

Hadisə

02 Noyabr 2026 22:36 113


Avstraliyanın Karrata şəhərindəki hava limanında “Qantas” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda “PerthNow” portalı məlumat yayıb.

Hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib. pizza hut

Sərnişinlər “Airbus A320-232” tipli təyyarənin qanadının altından alov çıxdığını lentə alıblar.

Yanğın səbəbindən pilotlar havaya qalxma prosesini dayandırmaq və təyyarəni terminala qaytarmaq məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, yanğına mühərrikdəki nasazlıq səbəb olub.

“Qantas”ın nümayəndəsi bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən endiyini təsdiqləyib. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!