Son 5 ildə milli gəlir necə olub? - STATİSTİKA

saytların hazırlanması

Evə çatdırılma

Son 5 ildə milli gəlir necə olub? - STATİSTİKA

İqtisadiyyat

02 Noyabr 2026 20:39 102


Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, cari qiymətlərlə ölkənin Ümumi Milli Gəlirinin (ÜMG) tərkibi və milli gəlir aqreqatları üzrə son 5 illik statistik mənzərə açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, rəqəmlər həm muzdlu işçilərin əməkhaqqı fondunun, həm də sərəncamda qalan ümumi gəlirlərin ardıcıl artım nümayiş etdirdiyini göstərir. İqtisadiyyatda muzdlu işçilərin əməkhaqqı kompensasiyası ilbəil artaraq 22 milyard 740,9 milyon manatdan 37 milyard 202,9 milyon manata yüksəlib. İstehsala və idxala vergilər üzrə daxilolmalar 12 milyard 909,6 milyon manat təşkil edib ki, bunun da əsas hissəsini — 12 milyard 595,7 milyon manatını məhsullara və idxala tətbiq edilən vergilər formalaşdırıb (o cümlədən idxal vergiləri 1 milyard 529,6 milyon manat). Dövlət tərəfindən ayrılan subsidiyalar isə 197,6 milyon manat olub.

Bazar qiymətləri ilə Ümumi Daxili Məhsulun (ÜDM) 129 milyard 94 milyon manat təşkil etdiyi dövrdə, xaricdən alınan və xaricə verilən əməkhaqqı, mülkiyyət gəlirləri nəzərə alınmaqla Ümumi Milli Gəlirin balansı (ÜMG) 125 milyard 978,8 milyon manata çatıb. pizza

Xaricdən daxil olan cari transfertlər (2 milyard 730,3 milyon manat) və xaricə ödənilən transfertlər (1 milyard 135,4 milyon manat) nəzərə alındıqdan sonra ölkə üzrə sərəncamda qalan ümumi gəlir 127 milyard 573,7 milyon manat səviyyəsində formalaşıb. Əsas fondların 8 milyard 354,9 milyon manatlıq istehlakı çıxıldıqdan sonra ölkə iqtisadiyyatında sərəncamda qalan xalis gəlir 119 milyard 218,8 milyon manat təşkil edib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!