Türkiyədə küçə sorğusu zamanı azərbaycanlı qadının Azərbaycan-Türkiyə münasibətləri haqda fikirləri sosial şəbəkələrdə gündəm olub.
“Yeni Sabah” xəbər verir ki, qadın son zamanlar iki qardaş ölkə arasında yaşanan soyuqluqdan danışıb.
“Biz yaxşılıqdan başqa nə etdik? Bilən, bilməyən danışır. Azərbaycan hər zaman - zəlzələlərdə, meşə yanğınlarında sonuna qədər Türkiyənin yanında olub. pizza hut
Bizim hicab məsələsinə qarışırsız. Burada o qədər başörtüsüz insan var. Bizdə heç kimə məcbur etmirlər, elə bir qanun yoxdur. Blogerləriniz çıxıb Azərbaycan haqda mənfi sözlər danışır. Azərbaycanın etdiyi yaxşılıqları da danışın.
Burada aranı qarışdıran insanlara türk demirəm. Deyirlər Qarabağ müharibəsində yanınızda olduq. Hansı türk əsgəri müharibədə döyüşdü? Bir türk şəhidiniz oldumu?”, - o qeyd edib./Qafqazinfo
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız