SON DƏQİQƏ! Vəzifəli şəxslər saxlandı

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Vəzifəli şəxslər saxlandı

Sosial

02 Noyabr 2026 15:00 986


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki vəzifəli şəxsi meşə ərazilərində torpaq sahələrinin icarəyə verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilir. Onlardan biri həbs edilib, digəri barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib.

Məlumata görə, nazirliyin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və cinayət işi başlanıb. Dördpendirli pizza

İlkin istintaq-əməliyyat tədbirləri nəticəsində 2025-2026-cı illərdə Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində çalışmış Fizuli Məmmədovun meşəbəyi Vidadi Əsgərovla qabaqcadan əlbir olaraq meşə ərazilərindəki torpaq sahələrinin icarəyə verilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində aldıqlarına dair əsaslı şübhələr müəyyən edilib.

"Yeni Sabah" xəbər verir ki, toplanmış sübutlar əsasında hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham olunub. Həmin maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alınmasını nəzərdə tutur.

Məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qanunsuz əməllərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətdə iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!