Ruslar çıxarkən Xersonu başdan-ayağa minalayıb

saytların hazırlanması

Evə çatdırılma

Ruslar çıxarkən Xersonu başdan-ayağa minalayıb

Dünya

14 Noyabr 2022 14:36 724


Xerson vilayətinin azad edilmiş yaşayış məntəqələrində yüksək səviyyədə mina təhlükəsi qalmaqdadır. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (ZSU) Baş Qərargahı “Facebook” səhifəsində məlumat verib.

Baş Qərargah əlavə edib ki, rus hərbçiləri havadan kəşfiyyatı gücləndirib: Dominos pizza

“Bu da düşmənin həm hərbi, həm də mülki obyektlərə hücum etməyi planlaşdırdığını göstərir. O cümlədən Müdafiə Qüvvələrinin bölmələri stabilləşdirmə tədbirlərini davam etdirir”, – məlumatda deyilir.

Xatırladaq ki, noyabrın 12-də Xerson vilayət Regional Hərbi-Mülki Administrasiyasının (RHMA) rəhbəri Yaroslav Yanuşeviç sosial şəbəkə hesabında rus əsgərlərin insanları qondarma evakuasiyaya sövq etmək üçün “Qrad” raket sistemlərindən Hornostaivkaya atəş açdığını yazıb. Onun sözlərinə görə, atışma nəticəsində iki qadın həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!