“Həkimlər Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyətini ağır kimi qiymətləndirir. Ekspert qrupunun məsləhətinə görə, Saakaşvilinin orqanizmi onun həyatı üçün təhlükəli olan dördüncü tükənmə mərhələsini yaşayır”.
Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, bu barədə eks-prezidentin həkimi Tengiz Suladze deyib.
Həkim bildirib: “Xəstənin vəziyyəti xeyli pisləşib. Bu, çəki itkisi, koqnitiv funksiyaların pisləşməsi, polineyropatiya, həmçinin, əzələ kütləsinin azalması, zəiflik ilə özünü göstərir. Xəstənin ayağa qalxması çətinləşir, o cümlədən onunla ünsiyyət qurmaq çətindir, qızdırması var”. pizza
Qeyd edək ki, həkimlər “gözlənilən geri dönməz pisləşmənin qarşısını almaq üçün vaxtında və radikal tədbirlər görməyi tələb edir. Gürcüstan Psixiatrlar Şurası Saakaşvilinin həbsindən sonra 42 kq arıqladığını, hazırda isə çəkisinin 73,6 kq olduğunu müəyyən edib. Həkimlərin sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti artıq anoreksiyadan kaxeksiyaya keçib:
“Davamlı müalicə səmərəsizdir. Xəstəni proaktiv şəkildə idarə etmək mümkün deyil və müalicə yanaşmaları müxtəlif fəsadlara cavab verməklə məhdudlaşır”.
Suladzenin sözlərinə görə, Saakaşvilinin səhhəti eyni sürətlə pisləşməkdə davam edərsə, o zaman keçmiş prezident cəmi bir neçə ay yaşaya bilər.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, hazırda paytaxt Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə alan Saakaşvili yalnız müəyyən günlərdə yemək yeyir.
Telegram kanalımız