Saatlıda yas mərasiminə gedənlər cərimələndilər

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda yas mərasiminə gedənlər cərimələndilər

Sosial

15 Aprel 2021 11:31 568


Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şirinbəy və Dədə Qorqud kəndlərindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. pizza mizza

Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 6 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!