Hava kəskin dəyişəcək: 35 dərəcə isti!

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişəcək: 35 dərəcə isti!

Sosial

29 May 2024 12:53 839


Mayın 30-da Bakıda 31, rayonlarda 35 dərəcə isti olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq. Sezar pizza

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 15-20° isti, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!