Sabah 37 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 37 dərəcə isti olacaq

Sosial

26 İyul 2022 12:31 734


Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabaht.az-a verilən məlumata görə, gündüz havanın arabir tutulacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. Marqarita pizza

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!