Sabah 37 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 37 dərəcə isti olacaq

Sosial

04 İyul 2024 13:13 489


İyulun 5-də Bakıda hava yağmursuz keçəcək, rayonlarda isə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

Yenisabah.az xəbər verir ki, sabah paytaxtda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Dördpendirli pizza

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!