Sabah 43 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 43 dərəcə isti olacaq

Sosial

18 İyul 2022 12:49 651


Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 31-36° isti, Bakıda gecə 25-27° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. pizza mizza

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!