Sabah 44 dərəcə isti - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah 44 dərəcə isti - HAVA PROQNOZU

Sosial

10 Avqust 2023 12:46 191080


Milli Hidrometeorologiya Xidməti avqustun 11-də gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Dominos pizza

Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cabbarova
    21.10.2024 kimi oxuyub təəccüblənən mən????
    2 years ago
  • Elmin
    Bunu 04.04.2024 kimi oxuyub tecublenen mən ????????????
    2 years ago