Sabah Azərbaycanın üç rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Azərbaycanın üç rayonunda qaz olmayacaq

Sosial

21 Avqust 2023 20:03 1192


Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Tərtər-2” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərində, “Qax” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində görüləcək təmir işləri və Yevlax şəhəri ərazisində orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsilə əlaqədar avqustun 22-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!