Sabah bu ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu ərazilərdə qaz olmayacaq

Sosial

24 Oktyabr 2023 22:04 546


“Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı 25.10.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” QPS-lərdən, “Bayan” və “Xoşbulaq” QTM-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Daşkəsən rayonunun tam olaraq, Gəncə şəhərinin və Göygöl rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!