Sabah da Azərbaycanda anomal isti hava olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah da Azərbaycanda anomal isti hava olacaq

Sosial

14 Avqust 2023 12:55 3502


Sabah temperatur Bakıda 40, bəzi rayonlarda 42 dərəcəyədək yüksələcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq. Marqarita pizza

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!