Sabah duman olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah duman olacaq

Sosial

15 May 2021 11:52 1470


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, cənub küləyi əsəcək, havanın temperaturu  gecə 15-20 isti, gündüz 26-31 isti, Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq.  Atmosfer təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq. 

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  15-20 isti, gündüz  30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq. Toyuqlu pizza

Tibbi-meteoroloji proqnoz 

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin  zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!