Yanvarın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq. Toyuqlu pizza
Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçünəsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti olaacq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Telegram kanalımız