Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

08 Yanvar 2022 12:54 574


Yanvarın 9-da gözlənilən hava duurmu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  

Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi  ilə əvəz olunacaq.  Marqarita pizza

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək.  

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 09-da Abşeron yarımadasında  meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olaacq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz  2-7° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!